yaşıl ayın başında

who knows when / maybe never / Cf. the day when pigs fly / when the moon turns green cheese / when two Sundays come together / tomorrow come never / Amer. when hell freezes over когда рак (на горе) свистнет (неизвестно когда)
yaşı keçmək
yaşıl (dollar)
OBASTAN VİKİ
Bulaq Başında (1980)
Bulaq başında qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Abbas tərəfindən 1980-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film-konsert Salyandakı "Cəngi" və Lənkərandakı "Xalq Yaradıcılığı" ansambllarının fəaliyyəti haqqındadır. == Məzmun == Film-konsert Salyandakı "Cəngi" və Lənkərandakı "Xalq Yaradıcılığı" ansambllarının fəaliyyəti haqqındadır.
Yaşıl
Yaşıl – rənglərdən biri. Sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiya və Misirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir. Yaşıl bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir.
Ayın fazaları
Ayın fazaları — Günəşin Ayı işıqlandırmasının periodik olaraq dəyişməsi vəziyyətləri. Ayın fazaları, Yerdəki müşahidəçinin gördüyü Ayın görünən üzünün, Ayın tam görünən səthinə nisbətini göstərir. Ay Yer kimi, özü işıq şüalandırmır. Səthinə düşən Günəş şüalarını əks etdirməklə işıqlanır. Bu səbəbdən, Ayın Yer və Günəşə görə mövqeyindən asılı olaraq müəyyən bir hissəsi işıqlı qalan səthi isə qaranlıq görünür. Ay, Hilal, Aypara və Bədirlənmiş ay formasında görünür ki, bunlara Ayın fazaları deyilir. Ayın görünən üzünün bütöv şəkildə işıqlanması-Bədirlənmiş Ay adlanır, bu faza Ayın Yerə baxan üzünün Günəşin qarşısında gəldiyi vaxtda baş verir. Ay Günəşlə Yer arasında olduqda Ayın görünən üzü tamamilə işıqsız qalır və Yerdən görünmür bu hala Yeni Ay fazası deyilir. Təqribən 2 həftədən sonra Ay tədricən Bədirlənmiş Ay fazasına gəlir. İlk Yeni aydan 29,5 gün sonra Ay təkrar Yerlə Günəş arasındakı yerinə qayıdır və təkrar Yeni Ay müşahidə olunur.
Ayın kolonizasiyası
Ayın kolonizasiyası insanlar tərəfindən Ayın hipotetik məskunlaşmasıdır. Ayda yaşayış bazalarının qurulması üçün mövcud planlar bəzən məskunlaşmanın ilkin mərhələsi hesab olunur, lakin insanın Ayda daimi və avtonom qalması daha çətin məsələdir və bir çox problemlərin həllini tələb edir. Bununla belə, nəzərə alsaq ki, ötən əsrin elmi-fantastik ideyalarının əksəriyyəti indiki dövrdə gerçəkləşdirilib, texnologiyanın müasir sürətli inkişafı dövründə tikinti və 3D çapın robotlaşdırılması o qədər də fantastik deyil. 21-ci əsrin mövcud elmin vəziyyəti, bir sıra konstruktor və texnoloji işlərin yerinə yetirilməsi şərtilə, artıq uğurlu müstəmləkəçilik üçün yaxşı şanslar təklif edir. Ayın kolonizasiyası həmçinin çoxdandır ki, elmi-fantastik əsərlərin mövzusudur. == Ayın mənimsənilməsi planları == 1970-ci illərdən sonra kosmik texnologiyanın ləng inkişafı bizə kosmik kolonizasiyanın asanlıqla əldə edilə bilən və bütün hallarda özünü doğrultmuş məqsəd olduğunu düşünməyə imkan vermir. Yerə yaxınlığına (üç günlük uçuş) və landşaft haqqında kifayət qədər yaxşı biliyə görə Ay uzun müddətdir ki, insan koloniyasının yaradılması üçün namizəd yerlərdən biri hesab olunurdu. Sovet və Amerikanın Ayın tədqiqi proqramları Aya getməyin mümkünlüyünü nümayiş etdirsə də (çox bahalı layihələr olsa da), onlar eyni zamanda ay koloniyasının yaradılması həvəsini soyutdular. Bu, astronavtların gətirdiyi toz nümunələrinin təhlili onun tərkibində həyatın təmin edilməsi üçün zəruri olan yüngül elementlərin çox az olduğunu göstərməsindən irəli gəlirdi. Buna baxmayaraq, astronavtikanın inkişafı və kosmik uçuşların qiymətinin azalması ilə, Ay bazanın yaradılması üçün əsas obyekt kimi baxılır.
Ayın parçalanması
Ayın parçalanması və ya Şəqqül-qəmər (ərəb. انشقاق القمر‎) — İslam peyğəmbəri Məhəmmədə aid edilən möcüzə. == Ədəbiyyatda == Bu rəvayət bir çox İslam şairinə, xüsusilə hindistanlılara ilham qaynağı olmuşdur. Poetik dildə Məhəmməd bəzən Günəşlə və ya gün işığı ilə bərabər tutulur. XII əsr fars təsəvvüf şairi Sənainin şeirində günəşin ayı ikiyə ayırmasından bəhs edilir. Fars dilində yazıb-yaratmış şair və mistik Cəlaləddin Rumi şeirlərinin birində ifadə edir ki, Məhəmmədin barmağı ilə parçalanmaq aşağı dərəcəli ayın ümid eləyəcəyi ən böyük səadətdir. Başqa bir yerdə də Rumi Məhəmmədin iki möcüzəsinə ayın parçalanması (bu təbiətə elmi yanaşmanın səmərəsizliyini göstərir) və onun oxuyub-yazmağı bilməməsinə işarə edir. İran klassik şairi və mistiki Əbdürrəhman Cami isə ərəb rəqəmləri ilə qarışıq şəkildə oynayır. Cami deyir ki, tam ay 40 rəqəmini ifadə edən dairəvi m ərəb rəqəminə oxşayır. Məhəmməd ayı ikiyə böləndə ay iki aypara şəkilli n ərəb rəqəmi kimi oldu, hansı ki, qiyməti 50-ə bərabərdir.
Bulaq başında (film, 1980)
Bulaq başında qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Abbas tərəfindən 1980-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film-konsert Salyandakı "Cəngi" və Lənkərandakı "Xalq Yaradıcılığı" ansambllarının fəaliyyəti haqqındadır. == Məzmun == Film-konsert Salyandakı "Cəngi" və Lənkərandakı "Xalq Yaradıcılığı" ansambllarının fəaliyyəti haqqındadır.
Ayın külrəngi işığı
Ayın külrəngi işığı — Ay səthinin Günəş işığı düşməyən hissəsinin zəif işıldaması. Təzə Aydan əvvəl və sonra müşahidə olunur. Yerdən əks olunan Günəş şüalarınn Ayın qaranlıq hissəsini işıqlandırması ilə izah edilir. Ayın külrəngi işığının öyrənilməsi nəticəsində Yerin şüaqaytarma qabiliyyətinin dəyişməsi təyin edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Ford, E. B., Turner, E.L. & Seager, S. (2001) ``Characterization of extrasolar terrestrial planets from diurnal photometric variability Nature, Volume 412, Issue 6850, pp. 885–887. link and preprint Seager, S., Turner, E. L., Schafer, J., & Ford, E. B. (2005) ``Vegetation's Red Edge: A Possible Spectroscopic Biosignature of Extraterrestrial Plants Astrobiology, Volume 5, Issue 3, pp. 372–390. (link and preprint) Qiu J; Goode PR; Palle E; Yurchyshyn V; və b. "Earthshine and the Earth's albedo: 1.
Sərmət Yaşıl
Sərmət Yaşıl (türk. Sermet Yeşil; 25 may 1977, Əskişəhər) — teatr, film və seriallara çəkilən türk aktyoru.
Yaşıl (Talin)
Yaşıl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə, Alagöz dağının qərbində yerləşir. Kəndin digər adı Yeşil olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «göy rəng» mənasında işlənən yaşıl sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı ü fərmanı ilə adı dəyişdirilib Kakavadzor qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 410 nəfər, 1908-ci ildə 255 nəfər, 1914 - cü ildə 273 nəfər, 1916-cı ildə 377 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər və kürdlər kənddə yerləşdirilmişdir.
Yaşıl (Talın)
Yaşıl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə, Alagöz dağının qərbində yerləşir. Kəndin digər adı Yeşil olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «göy rəng» mənasında işlənən yaşıl sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı ü fərmanı ilə adı dəyişdirilib Kakavadzor qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 410 nəfər, 1908-ci ildə 255 nəfər, 1914 - cü ildə 273 nəfər, 1916-cı ildə 377 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər və kürdlər kənddə yerləşdirilmişdir.
Yaşıl (Vərziqan)
Yaşıl (fars. ياشيل‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (53 ailə).
Yaşıl (dəqiqləşdirmə)
Yaşıl
Yaşıl Beretlər
ABŞ Ordusunun Xüsusi təyinatlı qüvvələri (Yaşıl Beretlər) ABŞ ordusunun tərkibində olan xüsusi təyinatlı dəstələr. 1952-ci ildən fəaliyyət göstərir. Vəzifələri: qeyri-konvensional müharibə, antiterrorizm, narkotiklərlə mübarizə. Şüarı — "De oppresso liber" (latınca "Zülmdən azad etməli").
Yaşıl Dərə
Yaşıl Dərə və ya Yaşıldərə — Sumqayıt şəhəri periferiyasında yerləşən gecəqondu və bağlardan ibarət yaşayış massivi. Yaşayış massivi cənubdan Ceyranbatan, şərqdən Saray qəsəbəsinə doğru uzanır. Şimaldan Sumqayıt şəhərinin məhəllə və mikrorayonları əhatələnən massivdə ilk məskunlaşmalar 90-cı illərdən başlasa da, tikinti bumu əsasən 2000-ci illərin ortalarından etibarən intensivləşib. Hal-hazırda massiv Sumqayıt şəhər əhalisinin mənzil tələbatını qarşılayan əsas ərazilərdən biridir. 2013-cü ildə hazırlanmış Sumqayıt şəhərinin Baş Planında Yaşıldərə ərazisi Sumqayıtın əsas genişlənmə istiqamətlərindən biri kimi nəzərdə tutulub.
Yaşıl Elm
Yaşıl Elm — Bakıda 12 mart 2014-cü ildə universitet tələbələri tərəfindən elmi bloq olaraq fəaliyyətə başlayan, hazırda elmi-kütləvi mövzuda kitablar nəşr edən, elektron materiallar hazırlayan bir qeyri-kommersiya təşkilatıdır. Sosial media və internet ziyarətçiləri baxımından Azərbaycanda ən böyük kütləyə sahib elmi təşkilatdır. Baş redaktoru Taryel Abdullayevdir. == Fəaliyyətlər == === Elektron qəzet === Portalın elektron qəzeti hər kəsə açıq elmi-kütləvi qəzetdir. Burada hər kəs məqalə yaza bilər, məqalələr redaktorlar tərəfindən redaktə edilərək yayımlanır. Hazırlanan elmi materiallar dünyanın böyük universitetlərində tədris edilən kitablara istinad edilərək hazırlanır. Heç bir şəxsi, siyasi görüş, inanc və inancsızlığı dəstəklənməsinı, reklamına və propoqandasına icazə verilmir.[mənbə göstərin] === Kitablar === Portal Azərbaycanda ilk dəfə olaraq təkamül nəzəriyyəsinə aid "Təkamülə Giriş" adlı kitab çıxarmışdır. Bununla yanaşı Nil Deqrass Taysonun "Tələsən insanlar üçün astrofizika", Ali Demirsoyun "Məktəblilər üçün təkamül" kitabları tərcümə edilərək çap edilmiş, plaforma üzvləri tərəfindən uşaqlar üçün "Kosmos" kitabı yazılmışdır.[mənbə göstərin] === Tədbirlər === Portalın üzvləri və Azərbaycanlı alimlər tərəfindən tez-tez elmi-kütləvi mövzuda görüşlər keçirilir. Görüşlərin əsas məqsədi oxuyucuların suallarını cavablandırmaqdır. Bununla yanaşı elmi seminarlar və elm adamlarının insanlarla görüşünü təşkil edir.[mənbə göstərin] === Digər Fəaliyyətlər === Portalın elmi seminarlar üçün fəaliyyət göstərən speaker.az saytı fəaliyyətə başlayıb.
Yaşıl Kitab
Yaşıl Kitab—Yaşıl Kitab Liviya lideri Müəmmər Qəddafinin siyasi fəlsəfəsini izah edən qısa bir kitabdır. Kitab ilk dəfə 1975-ci ildə işıq üzü gördü. "Bütün insanlar tərəfindən oxunması nəzərdə tutulurdu." Bunun qismən Kiçik Qırmızı Kitabdan ilham aldığı deyilir (Sədr Mao Tse-tungdan sitatlar) .Onlar həm ölkələrində, həm də xaricində geniş yayılmışdır və "bir çox yaddaqalan şüarları ilə sadə, başa düşülən bir tərzdə yazılmışdır. ". İngilis dilində tərcüməsi Liviya Xalq Komitəsi tərəfindən verildi və 1976-cı ildə Martin, Brian & O'Keeffe tərəfindən Londonda İngilis / Ərəb dilində bir nəşr nəşr edildi. Liviya Vətəndaş Müharibəsi zamanı kitabın nüsxələri anti- Qəddafi nümayişçiləri tərəfindən yandırıldı. == Təsir == ==== Liviyada ==== İngilis müəllifi və Böyük London Şurasının keçmiş üzvü Corc Tremlettin dediyinə görə, liviyalı uşaqlar həftədə iki saat dərs proqramı çərçivəsində kitabı oxuyurdular. Liviyada çıxışlar zamanı hər gün televiziya və radiolarda yayımlanırdı. ==== Dünyada ==== 1993-cü ilə qədər Fransa, Şərqi Avropa, Kolumbiya və Venesueladakı universitet və kolleclərdə Yaşıl Kitab mövzusunda mühazirələr və seminarlar keçirildi. == Kitab == Yaşıl Kitab üç hissədən və 110 səhifədən ibarətdir.
Yaşıl Meydan
Yaşıl Ox
Yaşıl Ox (ing. Green Arrow) — DC Comics tərəfindən nəşr edilən komik kitablarında görünən uydurma personajdır. Mort Veyzinger və Corc Papp tərəfindən yaraılmış personaj ilk dəfə 1941-ci ilin noyabrında “More Fun Comics #73” nəşrində təqdim edilmişdir. Əsl adı Oliver Cona Kuin olan personaj zəngin iş adamı və “Queen Industries” adlı şirkətin rəhbəri, Star-sitinin tanınmış şəxslərindəndir. Bəzən Robin Hud kimi geyinən və mahir oxçu olan Yaşıl Ox, bacarıqlarını doğma şəhərləri Star-siti və Sietlda cinayətkarlığa qarşı mübarizə aparmaq üçün istifadə edir, bu məqsədlə tez-tez Ədalət Liqası üzvü olan digər qəhrəmanlarla iş birliyində olur. Müasir hekayələrdə daha az istifadə olunmasına baxmayaraq, Yaşıl Ox adi oxlarla yanaşı yapışqanlı, partlayıcılı, qarmaqlı, gözyaşardıcı qazlı və hətta xüsusi hallar üçün kriptonit başlıqlı oxlardan da istifadə edir. Debüt etdiyi erkən dövrlərdə Betmenin ox mövzulu analoqu olan Yaşıl Ox, sonradan yazıçılar tərəfindən Betmen xarakterindən tamamilə fərqlənən sol qanad personajı kimi inkişaf etdirilmişdir. İlk illərində məşhurluq qazanmış Yaşıl Ox dəfələrlə “More Fun” seriyasının üz qabığında yer almış, həmçinin digər seriyalarda da görünmüşdür. Buna baxmayaraq, nəşrinin ilk iyirmi beş ilində personaj heç vaxt böyük satış uğuru və məşhurluq qazanmamışdır. 1960-cı illərin sonlarında rəssam Nil Adamsın personajı yeni dramatik üslubda təsvir etməsindən ilhamlanan yazıçı Dennis O’Nil onun üçün yeni istiqamət müəyyənləşdirərək, gücsüzlər və kasıbları incidənlərə qarşı səlibçi kimi təqdim etməyə başlamışdır.
Yaşıl Teatr
Yaşıl Teatr — Bakıda açıq hava altında yerləşən, tamaşaçı tutumu 1800 nəfər olan teatr. Yaşıl Teatr Bakıda yerləşən açıq hava teatrıdır. Teatr 1800 nəfər üçün nəzərdə tutulub. Teatr 1960-cı illərin ortalarında Bakı şəhər xalq deputatları sovetinin icraiyyə komitəsinin sədri Əliş Ləmbəranski tərəfindən tikilib. Yaşıl Teatr vacib mədəni tədbirlərin təşkili məkanı kimi tikilmişdi. 1993-cü ildə teatrın fəaliyyəti dayandırıldı. 2005-ci ilin avqust ayında Azərbaycanın Respublikası Prezidentinin sərəncamı ilə teatrda təmir işləri başlandı. 25 iyul 2007-ci ildə Bakı şəhərinin icra başçısı Hacıbala Abutalıbov Bakı Yaşıl Teatr Konsert Kompleksinin yaradılmasına dair qərar imzaladı.
Yaşıl Xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.
Yaşıl Xətt
Yaşıl xətt aşağıdakı mənalara uyğun gələ bilər: Yaşıl xətt (Kipr) – Şimali Kipr və Cənubi Kipri ayıran bölgəni bildirmək üçün istifadə olunan termin. Yaşıl xətt (Bakı metrosu) – Bakı metrosunun 2-ci xətti.
Yaşıl acılıqotu
Yaşıl acılıqotu (lat. Ephedra viridis) — bitkilər aləminin qnetumlar şöbəsinin qnetumlar sinfinin acılıqotular dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Ephedra nevadensis var. viridis (Coville) M.E.Jones === Heterotipik sinonimləri === Ephedra nevadensis subvar.
Yaşıl adaçayı
Yaşıl adaçayı (lat. Salvia viridis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Horminum viride (L.) Moench Ormilis viridis (L.) Raf. Salvia horminum var.
Yaşıl asırqal
Yaşıl asırqal (lat. Veratrum viride) — melantkimilər fəsiləsinin asırqal cinsinə aid bitki növü.
Yaşıl ağacdələn
Yaşıl ağacdələn (lat. Picus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinə aid heyvan cinsi.